Şamaxı rayonunda gün ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.
9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
16:17
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Gündəm24.az-a FHN-dən məlumat verilib.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Şamaxıda ikinci zəlzələ qeydə alınıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.
16:10
Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudada zəlzələ qeydə alınıb.
Gündəm24.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.













