“Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzi tərəfindən ciddi araşdırılır.
Gündəm24.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
11:41
Şəxsin “MediHall Hospital’”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Gündəm24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
“Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, məlumatda deyilir.
11:16
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
Gündəm24.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.















