Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.
Gündəm24.az bildirir ki, APA-nın məlumatına görə, paytaxtın Suraxanı rayonunda baş verib.
Məlumata görə, rayonun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.
M.Ovçuyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.














