Lökbatanda iki minik avtomobili toqquşub.
Gündəm 24.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb.
Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Elməddin Səməd oğlu Abbasov və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elxan Elman oğlu Sadıxovun idarə etdiyi avtomobillər toqquşub.
Sürücü müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin – 1978-ci il təvəllüdlü Aynurə Elxan qızı Xankişiyeva aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər.
Fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nömrəli cinayət işi başlanaraq istintaqı aparılır.














