Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobillərinin toqquşması nəticəsində sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.
Gündəm24.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, hadisə Ümid qəsəbəsi ərazisində baş verib. “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlu avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.














