Bakının Binəqdədi rayonunda binada baş verən yanğında 30 nəfər təxliyə edilib, 3 nəfər xilas olunub.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qərərargah rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Slavyan Universitetinin məcburi köçkünlərin yaşadığı yataqxanasının eyvanında yanar konstruksiyalar yanıb:
“Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır”.
16:03
Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
DİN Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların
təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
15:10
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş başlayıb.
Bu barədəGlobalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.














