Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib.
Nəticədə, kənd sakinləri – 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedov qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun münaqişə zəminində iki əmioğlunu qətlə yetirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, tərəflər ötən gün kənddə keçiriləcək toy mərasiminin ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.
Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Məmmədovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.
Ağcabədi Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir. (Qafqazinfo)














