Bakıda marşrut avtobusları toqquşub.
Gündəm24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində metronun “Gənclik” stansiyasının qarşısındakı dayanacaqda baş verib.
133 və M8 saylı marşrut xətlərinə məxsus avtobusların toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.















