Cümə, Yanvar 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Həkim məhkəmə zalında həbs edildi

07/01/2026
Hadisə
43 1
Həkim məhkəmə zalında həbs edildi
56
Baxış sayı

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Quliyevanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Gündəm24.az pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs vahid niyyətlə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.

Belə ki, Tahirə Quliyeva Tovuz rayon sakini olan zərərçəkmiş T.T.-nin oğluna II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa olunmasına köməklik göstərəcəyini vəd edib. Bununla bağlı hər hansı səlahiyyəti olmadığı halda, zərərçəkmiş şəxsi aldadaraq 2022-ci il fevralın 28-də Tovuz şəhərində avtovağzalın qarşısında 200 manat, 2022-ci il martın 1-də isə Ağstafa şəhərində avtovağzalın qarşısında 3 800 manat olmaqla ümumilikdə 4 000 manat pul vəsaitini ələ keçirib və həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib.

Bundan başqa, təqsirləndirilən şəxs analoji üsulla Qazax rayon sakini olan zərərçəkmiş R.R.-i də aldadıb. Belə ki, onun II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa ediləcəyini vəd edərək 2022-ci il avqustun 26-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin inzibati binasının qarşısında 4 000 manat, 2023-cü ilin fevral ayında isə tanışı vasitəsilə əlavə 500 manat olmaqla, ümumilikdə 4 500 manat pul vəsaitini ələ keçirib.

İttihama əsasən, Tahirə Quliyeva daha sonra Ağstafa rayon sakini olan zərərçəkmiş A.A.-ya qarşı da təkrar dələduzluq edib. Belə ki, 2021-ci ilin iyun ayında və sonrakı dövrlərdə onunla müxtəlif yerlərdə görüşərək ümumilikdə 6 000 manat pul vəsaitini alıb. O, həmin vəsaiti də hər hansı real köməklik göstərmədən şəxsi məqsədləri üçün istifadə edib.

Bundan əlavə, təqsirləndirilən şəxs Qazax rayon sakini olan zərərçəkmiş V.V.-ni də aldadıb. Zərərçəkmiş şəxsin həyat yoldaşına müharibə veteranı adının verilməsinə köməklik göstərəcəyini vəd edən təqsirləndirilən şəxs 2023-cü il iyunun 26-da zərərçəkmişin yaşadığı ünvanda onun 1 000 manat pul vəsaitini ələ keçirib.

Qeyd olunan hallarla təqsirləndirilən şəxs zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqla aldatma yolu ilə təkrar dələduzluq etməkdə təqsirli bilinib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Tahirə Quliyeva 1 il 4 ay 6 gün müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

Tahirə Quliyeva Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya həkimi vəzifəsində işləyib.

Oxşarxəbərlər

Huşunu itirdi, ayılanda soyulduğunu anladı
Hadisə

Huşunu itirdi, ayılanda soyulduğunu anladı

22/01/2026
56
Abşeronda ev yandı: ölən var
Hadisə

Abşeronda ev yandı: ölən var

22/01/2026
68
Küçədə ürəktutmasından ölən 21 yaşlı Yaqub
Hadisə

Küçədə ürəktutmasından ölən 21 yaşlı Yaqub

22/01/2026
58
Bakıda qadının öldüyü hadisənin anbaan VİDEOSU
Hadisə

Bakıda qadının öldüyü hadisənin anbaan VİDEOSU

22/01/2026
68
Bakıda 5 nəfər faciəvi şəkildə öldü: birinin 10 yaşı var…
Hadisə

Bakıda 5 nəfər faciəvi şəkildə öldü: birinin 10 yaşı var…

22/01/2026
64
Sumqayıtda 1 ailənin 4 üzvü dəm qazından zəhərləndi
Hadisə

Sumqayıtda 1 ailənin 4 üzvü dəm qazından zəhərləndi

22/01/2026
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev Davosda Paşinyanla görüşdü

İlham Əliyev Davosda Paşinyanla görüşdü

22/01/2026
61
Fransina Armenqol Sosias Azərbaycana gəldi

Fransina Armenqol Sosias Azərbaycana gəldi

22/01/2026
54
Prezident bugünkü mərasimdən videoçarx paylaşdı

Prezident bugünkü mərasimdən videoçarx paylaşdı

22/01/2026
63
Huşunu itirdi, ayılanda soyulduğunu anladı

Huşunu itirdi, ayılanda soyulduğunu anladı

22/01/2026
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Trampın sərt çıxışı fonunda Moskva danışıqları başlayır

Trampın sərt çıxışı fonunda Moskva danışıqları başlayır

22/01/2026
73

Ukrayna danışıqlarında böyük irəliləyiş – ABŞ səfiri vəziyyəti şərh etdi

Ukrayna danışıqlarında böyük irəliləyiş – ABŞ səfiri vəziyyəti şərh etdi

22/01/2026
64

Araşdırma sübut edir: Məşq beyin yaşlanmasını ləngidir

Araşdırma sübut edir: Məşq beyin yaşlanmasını ləngidir

22/01/2026
61

Bir gündə kütləvi PUA zərbəsi: Ukrayna Belqorodda hədəfləri vurdu

Bir gündə kütləvi PUA zərbəsi: Ukrayna Belqorodda hədəfləri vurdu

22/01/2026
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.