Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tələbələrin fotolarını yayan şəxsi saxlayıb.
Gündəm24.az xəb ər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.














