Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub.
Gündəm24.az Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatına istinadən xəbər verir.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.














