Nasaz işləyən liftdən çıxmağa çalışan bir kişi, qəfildən hərəkət edən kabin ilə döşəmə arasında sıxılaraq böyük təhlükə ilə üzləşib.
Gündəm24.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə Hindistanda bir yaşayış binasında baş verib.
Görüntülərə görə, bir kişi yaşadığı mərtəbyə çataraq liftdən çıxmağa çalışıb. Lakin lift qəfildən hərəkət etməyə başlayıb və kişi çətin vəziyyətlə üzləşib.Həmin anlar liftin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə kişinin liftdən çıxdığı anda kabinin hərəkət etməyə başladığı anlaşılır. Buna baxmayaraq bina sakini çətinliklə də olsa vəziyyətdən xilas ola bilib.
Hadisə nəticəsində kişi ciddi xəsarət almayıb, lakin bu vəziyyətin nə qədər təhlükəli olduğu və liftin düzgün işləməsinin nə qədər vacib olduğu bir daha ortaya çıxıb.














