Masazırda binada yanğın olub.
Gündəm24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Elektrik şaxtasında baş verən yanğın FHN əməkdaşlarının müdaxiləsi ilə söndürülüb.
Hadisə zamanı 10-u uşaq olmaqla 25 nəfər təxliyə edilib, bir nəfər tüstüdən zəhərlənib. Mənzillər qorunub.













