Yanvarın 16-da Mingəçevir şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
1951-ci il təvəllüdlü İlqar Rüstəmova məxsus evdə elektrik qızdırıcısı aşıb, ardınca yanğın başlayıb.
Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Rüstəmov xəstəxanaya yerləşdirilib, həkimlərin səylərinə baxmayaraq, o vəfat edib.
Faktla bağlı araşdırma aparılır.














