Cəlilabadda motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb.
Gündəm24.az-ın xəbərinə görə, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 12-si saat 21:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.
1998-ci il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1999-cu il təvəllüdlü şəxsin isə müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, – məlumatda deyilir.
Qeyd edək ki, qəza ilə bağlı ilk xəbəri “Unikal” yayıb.













