Çərşənbə axşamı, Mart 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Müşfiq Abbasov bu statuslarına görə həbs edilib – Detallar

03/03/2026 16:31
Hadisə
45 2
Müşfiq Abbasov bu statuslarına görə həbs edilib – Detallar
59
Baxış sayı

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun həbsinin detalları məlum olub. 

Gündəm24.az  bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Müşfiq Abbasov məhkəmədə deyib ki, ittiham tərəfinin təqdim etdiyi sübutlarla tanış olub.

Qeyd edib ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 14 il Azərbaycan Respublikasının Baş Prokurorluğunda çalışıb, mühüm işlər müstəntiqi olub. Həmçinin yazıçılıq edib və bir neçə kitabın müəllifidir.

M.Abbasov bildirib ki, ittiham olunduğu faktlardan biri Azərbaycan Yazıçılar Birliyi və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı yazdığı statusdur: “Keçən il belə bir status yazmışdım: Ümumiyyətlə, yazıçılar birliyi ictimai təşkilatdır, lakin öz nizamnaməsinə uyğun hərəkət etmir. Belə ki, yazıçılar birliyinə azı iki kitabı nəşr olunmuş şəxs üzv ola bilər”.

M.Abbasov deyib ki, o statuslarında konkret ad çəkməyib: “Lakin bu gün burada ad çəkəcəm. Məsələn, keçmiş vəkil Adəm Məmmədovun cəmi bir kitabı çıxmışdı və Yazıçılar Birliyinin üzvü idi. Əgər Birlik nizamnamə ilə idarə olunursa, niyə mənim iki-üç kitabım çıxdığı halda Yazıçılar Birliyi məni üzvlüyə qəbul etmir. Anar bəy deyir ki, o, yazıçılar birliyinə insan qəbul etmir. Ancaq bir kitabı çıxmış şəxsi yazıçılar birliyinə qəbul edir. Bununla bağlı mən öz müstəqil fikrimi və iradımı yazmışam. Demişəm ki, Çingiz Abdullayev hüquq elmləri doktorudur. Detektiv yazardır. Mən hüquqşünas yazıçı kimi yüzlərlə insanın hüquqi sualını təmənnasız cavablandırmışam, kömək etmişəm, yol göstərmişəm. Amma hüquq elmləri doktoru olan Çingiz Abdullayev bir nəfərə hüquqi məsləhət veribmi?”

M.Abbasovun ittiham olunduğu növbəti statusu “Epşteyn işi” ilə bağlı olub:

“Mən demişəm ki, bizdə Epşteyn kimi varlılar var. Birincisi, mən ad çəkməmişəm, ünvan göstərməmişəm. Epşteyn işi hazırda bütün dünyada müzakirə olunan işdir. Yəni mən, bir yazıçı kimi öz fikrimi bildirmişəm ki, Epşteyn xasiyyətli, Epşteyn təfəkküründə bizdə də insanlar var. Amma zərərçəkənlərin şikayəti olmasa, bunu hüquq-mühafizə orqanları aşkara çıxara bilmir. İndi bu Epşteyn sözü kiminsə xoşuna gəlməyibsə, bu başqa məsələ”.

M.Abbasov deyib ki, onun ittiham olunduğu statuslarından biri də İsa Həbibbəylinin “çətir tutan köməkçisi” ilə bağlı olub.

Məhkəmə bu qənaətə gəlib ki, Müşfiq Abbasov “Facebook” sosial şəbəkəsində “Mushfiq Abbasov”, “İnstagram” sosial şəbəkəsində “abbasov_mushfiq_” səhifələrində, “Youtube” sosial şəbəkəsində qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədib.  O, buna görə də 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxşarxəbərlər

Aktrisa direktoru məhkəməyə verdi – Qərar
Hadisə

Aktrisa direktoru məhkəməyə verdi – Qərar

03/03/2026 16:56
59
Hərbçilərimiz qəzaya düşdü: ölən var
Hadisə

Hərbçilərimiz qəzaya düşdü: ölən var

03/03/2026 11:58
57
Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilənlər azadlıqda
Hadisə

Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilənlər azadlıqda

03/03/2026 09:55
56
“Gənclik”də 2 avtobus toqquşdu – FOTO
Hadisə

“Gənclik”də 2 avtobus toqquşdu – FOTO

03/03/2026 09:51
65
Yasamalda velosipedçi faciəvi şəkildə öldü
Hadisə

Yasamalda velosipedçi faciəvi şəkildə öldü

03/03/2026 09:26
59
“TikTok”da təhqiramiz paylaşımlar edən şəxs tutuldu
Hadisə

“TikTok”da təhqiramiz paylaşımlar edən şəxs tutuldu

03/03/2026 09:06
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Gözlənilməz dəyişiklik: 5 icra başçısının müavinlərinin sayı azaldıldı

Gözlənilməz dəyişiklik: 5 icra başçısının müavinlərinin sayı azaldıldı

03/03/2026 17:46
60
Gözlənilməz dəyişiklik: 5 icra başçısının müavinlərinin sayı azaldıldı

Gözlənilməz dəyişiklik: 5 icra başçısının müavinlərinin sayı azaldıldı

03/03/2026 17:46
50
Trampdan İrana daha bir pis xəbər

Trampdan İrana daha bir pis xəbər

03/03/2026 17:21
62
İsrail İranda yüksək rütbəli hərbçini öldürdü

İsrail İranda yüksək rütbəli hərbçini öldürdü

03/03/2026 17:04
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Xudat sakinlərindən ŞİKAYƏT: Dövlət qurumu məsuliyyətdən niyə yayınır?

Xudat sakinlərindən ŞİKAYƏT: Dövlət qurumu məsuliyyətdən niyə yayınır?

03/03/2026 14:23
83

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

02/03/2026 07:11
74

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.