Çərşənbə, Mart 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Onların məhkəməsi başlayır

29/12/2025 15:47
Hadisə
61 1
Onların məhkəməsi başlayır
78
Baxış sayı

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun məhkəməsi başlayır.

Gündəm24.az APA-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 5 yanvara təyin edilib.

Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov, Beydulla Manafovun məhkəməsi başlayır.

Gündəm24.az APA-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası 30 dekabra təyin edilib.

Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən, youtube internet portalında istifadəsində olan “Sevinc Osmanqızı TV” adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı video müraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunli video meteralları qeyri məhdud sayda şəxslərin izləyə biləcəyi internet resusları vasitəsi ilə yayılmasına, habelə Manafov Beydulla Ənvər oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentybr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Qafarov Abid Abdin oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024-cü il və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir oğlduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.

Xaricdə yaşayan ictimai fəal Abid Qafarov barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən, Abid Qafarov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 26 fevral 2024-cü il və 28 aprel 2024-ci il tarixlərində təkrarən hakimiyyəti ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə, bu cür məzmunlu videomaterialların “AzerFreedom TV” kanallarında yayılmasına, bundan başqa, Mirzəyeva Sevinc Osman qızı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixdə Azərbaycanda təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi yutub internet portalında “Sevinc Osmanqızı TV” adlı kanal vasitəsilə yayılmasına, bundan əlavə, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 5 sentyabr 2024-cü il tarixdə hakimiyyətin təkrarən zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında “AzerFreedom TV” kanalında yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, xaricdə yaşayan Beydulla Manafova Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən İlqar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Gündəm24.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək “SDI Group” MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

Oxşarxəbərlər

Sumqayıtda yük maşını aşıb, yaralılar var
CƏMİYYƏT

Sumqayıtda yük maşını aşıb, yaralılar var

04/03/2026 13:19
57
İran ABŞ-nin ən böyük aviabazasını VURDU
Hadisə

İran ABŞ-nin ən böyük aviabazasını VURDU

04/03/2026 12:19
68
Dənizdə köməksiz qalan balıqçılar xilas edildi – FOTOLAR
Hadisə

Dənizdə köməksiz qalan balıqçılar xilas edildi – FOTOLAR

04/03/2026 12:02
60
Bu məhkəmənin şöbə rəisi vəfat etdi
Hadisə

Bu məhkəmənin şöbə rəisi vəfat etdi

04/03/2026 10:23
71
Sərnişinlə dolu təyyarənin havada mühərriki ALOVLANDI – VİDEO
Hadisə

Sərnişinlə dolu təyyarənin havada mühərriki ALOVLANDI – VİDEO

03/03/2026 18:43
62
Aktrisa direktoru məhkəməyə verdi – Qərar
Hadisə

Aktrisa direktoru məhkəməyə verdi – Qərar

03/03/2026 16:56
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Abşeronda bir gecədə dörd evi TALADILAR

Abşeronda bir gecədə dörd evi TALADILAR

04/03/2026 17:34
51
Müharibənin qızğın vaxtında Çin səmaya buraxdı — Hamı heyrət içində

Müharibənin qızğın vaxtında Çin səmaya buraxdı — Hamı heyrət içində

04/03/2026 17:25
61
ABŞ İran gəmisinə ZƏRBƏ ENDİRİB:101 nəfər İTKİN DÜŞÜB

ABŞ İran gəmisinə ZƏRBƏ ENDİRİB:101 nəfər İTKİN DÜŞÜB

04/03/2026 17:23
50
Qətərdə fövqəladə vəziyyət elan edildi — Qaz hasilatı tam DAYANDIRILDI

Qətərdə fövqəladə vəziyyət elan edildi — Qaz hasilatı tam DAYANDIRILDI

04/03/2026 17:06
71

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

04/03/2026 09:32
72

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

04/03/2026 07:36
62

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

04/03/2026 07:23
74

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

04/03/2026 07:02
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.