Saatlıda ər-arvadın ölüm faktı ilə bağlı araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, Qara Nuru kəndində 92 yaşlı İbrahim İsmayılov və onun 89 yaşlı arvadı Pəri İsmayılovanın dəm qazından boğulduğu ehtimal olunur.
Ölüm səbəbi kimi başqa versiyalarla bağlı da araşdırma gedir.
09:43
Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb.
Gündəm24.az “Report”a istinadən xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri – 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.











