Paytaxtın mərkəzində, Nizami küçəsində yanğın olub.
Gündəm24.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub
Hadisə yerinə dərhal polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Əhali təxliyə edilib. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.














