Bakı-Quba yolunda yük avtomobilinin vuraraq öldürdüyü şəxs müğənni Kamil Sərməsovdur.
Gündəm24.az xəbər verir ki, Report-a verilən məlumata görə, Saray qəsəbəsi ərazisində Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Sabir Əhməd oğlu Səmədovun idarə etdiyi “MAN” markalı 60 AC 426 nömrəli yük avtomobili ilə “Lexus”markalı 77 GE 211 nömrəli abtomobil və yanında dayanmış sürücüsü, 1983-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.
Hadisə nəticəsində Kamil Sərməsov yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.














