Xırdalanda baş verən yanğında iki nəfər xəsarət alıb.
Gündəm24.az APA-ya istinadla xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində olub.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
00:27
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Gündəm24.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Kristal 2” yaşayış kompleksində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.














