Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gündəm24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü, Xocalı rayon sakini 1998-ci il təvəllüdlü Fərid Əliyev, eləcə də maşında olan sərnişinlər – 1971-ci il təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.















