Bazar ertəsi, Aprel 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yanaraq ölən Zəhmətin SON SÖZLƏRİ: “Ay qonşular, uşaqlarımı mənə vermirlər”

01/12/2025 18:21
Hadisə
42 1
Yanaraq ölən Zəhmətin SON SÖZLƏRİ: “Ay qonşular, uşaqlarımı mənə vermirlər”
55
Baxış sayı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gündəm24.az  Lent.az-a istinadən xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Aybəniz Hüseynova həmin gün kürəkəninin onlara gəldiyini bildirdi:

“Gözləri qıpqırmızı idi, salamlaşmamış Ayseli çağırdı. Yoldaşım gələnə kimi evə girmədi, nə qədər dedik inadından dönmədi. Başladı qapıları döyməyə ki, ay qonşular, uşaqlarımı mənə vermirlər. Yoldaşımla bunu sakitləşdirə bilmirdik, o tərəfə, bu tərəfə qaçıb qonşuların qapılarını yumruqlayırdı. Oğluma zəng elədim, gəldi. Məhərrəm onu min qılıqla evə apardı ki, uşaqlarını görsün. Keçib uşaqlara baxıb sonra oğlumla birlikdə çıxdı. Nə qədər dedik qalmağa razılaşmadı, getdi. Mən istəmirdim ki, Məhərrəm Zəhmətlə tək getsin. Sonra yoldaşım gəldi dedi ki, Zəhmət özünü yandırıb. O gedən kimi Məhərrəm gəldi, yoldaşımı soruşdu, dedim paltarları verdim, aparıb getdi”.

Şahid Aysel Əhmədova yoldaşı və qaynanası ilə olan mübahisədən sonra atasının evinə getdiyini dedi:

“Yoldaşıma dedim ki, bu evdə qala bilmərik. Ya atamgildə müvəqqəti qalaq ya da kirayə ev tutaq. Yoldaşım da dedi ki, mən bu evdən çıxmaram, evdə haqqım var, tikintisi üçün kreditə pul götürmüşəm. Yoldaşım banka borcu olduğuna görə axtarışda idi. Mən atamgilə getdim, o gəlmək istəmirdi. Uşaqları görmək üçün  hər gün gələ biləcəyini demişdim Zəhmətə. Həmin gün qapı döyüldü, anam açdı qapını. Yoldaşım da qışqıraraq məni çağırmağını tələb elədi. Mən içəridən çıxa bilmirdim deyə çöldə baş verənləri görmədim, sonra qardaşım  Zəhmətin özünü yandırdığını xəbər elədi”.

Şahid Fərid Xəlilov Fərid hadisənin şahidi olmasa da sonradan gələndə yanmış vəziyyətdə olan adamı gördüyünü bildirdi:

“Yandım, yandım, həkim çağırın mənə, deyə qışqırırdı. Paltarlarını soyuna-soyuna çənlərə tərəf qaçdı. Mən tez mühafizəni köməyə çağırdım, həkimləri gözləməyə başladıq”.

Şahid Allahverdi Ələsgərov həmin gün ev qapısının qonşusunun kürəkəni tərəfindən şiddətlə döyüldüyünü dedi:

“Zəhmət uşaqlarının öldürüldüyünü, ondan gizlətdiklərini deyib qışqırırdı. Məhərrəm gələndən sonra onu sakitləşdirib evinə aparmaq istəyirdi, israr edirdi ki, ancaq onunla gedəcək. Sonra Məhərrəm gələrək onun özünü yandırdığını dedi”.

Məhkəmə qalan iki şahidin məcburi qaydada gətirilməsi barədə qərar verdi.

Növbəti proses dekabrın 8-nə təyin olunub.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib. Məhərrrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşarxəbərlər

Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO
Hadisə

Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO

12/04/2026 13:30
58
Azərbaycanda torpaq SÜRÜŞMƏSİ – Video
Hadisə

Azərbaycanda torpaq SÜRÜŞMƏSİ – Video

12/04/2026 11:46
56
Azərbaycanda ağır YOL QƏZASI: Ölən var
Hadisə

Azərbaycanda ağır YOL QƏZASI: Ölən var

12/04/2026 10:54
64
Bakıda torpaq sürüşməsi: avtomobillərə ziyan dəydi – VİDEO
Hadisə

Bakıda torpaq sürüşməsi: avtomobillərə ziyan dəydi – VİDEO

11/04/2026 14:04
58
İki nəfər dönərdən zəhərləndi
Hadisə

İki nəfər dönərdən zəhərləndi

11/04/2026 12:45
62
Təzə alınan evdə cadu TAPDILAR- VİDEO
Hadisə

Təzə alınan evdə cadu TAPDILAR- VİDEO

11/04/2026 12:43
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

12/04/2026 21:55
58
İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

12/04/2026 21:12
57
Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

12/04/2026 20:57
56
80 manat alanlarla bağlı AÇIQLAMA

80 manat alanlarla bağlı AÇIQLAMA

12/04/2026 20:52
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
66

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
124

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
138

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.