Gündəm24.az Bakupost.az-a istinadla xəbər verir ki, yanğında həlak olan binanın komendantı Samir Məhəmmədov hadisədən bir müddət öncə, noyabrın 11-də Bakupost.az-a müraciət edərək zirzəminin qanunsuz satıldığını, həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirib və müxtəlif sənədlər təqdim etmişdi. Lakin qarşı tərəflərlə əlaqə saxlamaq cəhdlərinin nəticə verməməsi səbəbindən materialın yayımı gecikib. Artıq faciəli hadisədən sonra bütün tərəflərin mövqeləri mediada işıqlandırılıb.
Gündəm24.az ictimaiyyətin məsələyə böyük marağını nəzərə alaraq və istintaqın obyektiv aparılmasına dəstək məqsədilə Samir Məhəmmədovun redaksiyaya verdiyi açıqlamanın səs yazısını təqdim edir














