Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın zamanı ölənlərdən üçü bir ailənin üzvü imiş.
Gündəm24.az bildirir ki, bu barədə Baku TV-yə hadisə şahidlərindən biri danışıb.
“İki körpə uşaq və anaları ölüb, cavan gəlindir. Bir də Yusif dayı, yaşlı kişidir, doqquzuncu mərtəbədə yaşayırdı. Öz yoldaşım da zəhərlənib. Əlaqə saxladım indi, yaxşıdır. Əvvəl elə bildik uşaqların bayramda istifadə etdikləri pirotexniki vasitədir”, – sakin bildirib.
Daha ətraflı videomaterialda:














