Zərdabda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alanların diaqnozları məlum olub.
Gündəm24.az bildirir ki, “Report”un Yuxarı Şirvan bürosuna rayonun mərkəzi xəstəxanasından verilən məlumata görə, hazırda beş nəfər müalicə alır.
Bildirilib ki, Məmmədov İntiqam Qnyaz oğlu (1966) hadisə yerində ölüb, Məmmədli Tunar Məftun oğlu (2023) ağır kəllə beyin travması alıb və beyindaxili qanaxmadan ölüb.
Xəsarət alanlardan Məmmədova Sona Tehmir qızında (1995) sol körpücük sümüyünün sınığı, sol tərəfli qabırğaların çoxsaylı sınığı, Məmmədova Raya Sərkər qızında (1969) sol tərəfli 1-ci əl sümüyünün sınığı, Məmmədov Məftun İntiqam oğlunda (1991) döş qəfəsinin travması, qabirğaların sınığı, Məmmədov Uğur Məftun oğlunda (2017) səthi zədələnmə dəri sıyrığı, Məmmədli İntiqam Məftun oğlunda (2016) səthi zədələnmə, dəri sıyrığı qeydə alınıb.
13:22
Zərdab rayonunda baş verən avtomobil qəzasında xəsarət alan azyaşlı Tunar Məmmədov ölüb.
Bununla da qəza nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Zərdab rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
Gündəm24.az xəbər verir ki, “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova, Tunar Məmmədov, İntiqam Məmmədov (azyaşlı) və Uğur Məmmədovdur (azyaşlı).
Azyaşlılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü M.Məmmədov “Muğam müsabiqəsi”nin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.
12:21
Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.
Gündəm24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb.
Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir.
















