Şənbə, Mart 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi – DETALLAR

16/12/2025 09:20
HAVA
57 3
Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi – DETALLAR
76
Baxış sayı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Abbas Abbasovun istintaqa cəlb edilməsi və axtarışa verilməsi

Gündəm24.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Abbas Abbasovun vəzifə fəaliyyəti və ölkədən getməsi

Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır.

Rusiya Federasiyasında diaspor strukturları ilə bağlı fəaliyyəti

Abbas Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

“Milyarderlər İttifaqı”nın yaradılması və rəhbərliyi

2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

Rüstəm İbrahimbəyov və “Milli Şura” ilə əlaqələr

Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub.

2012-ci il açıqlamaları və 2013-cü il hadisələri

Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir.

Abbas Abbasovun Azərbaycana gəlişinin dayandırılması

Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq Azərbaycana gəlmir.

İstintaq materialları və məhkəmədə açıqlanacaq sübutlar

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Oxşarxəbərlər

Sabahdan hava dəyişir
CƏMİYYƏT

Sabahdan hava dəyişir

06/03/2026 12:50
59
Havanın temperaturu dəyişəcək – Bu tarixdən
CƏMİYYƏT

Havanın temperaturu dəyişəcək – Bu tarixdən

05/03/2026 07:55
54
Ayın 5-də qar yağacaq, güclü duman olacaq – PROQNOZ
CƏMİYYƏT

Ayın 5-də qar yağacaq, güclü duman olacaq – PROQNOZ

04/03/2026 12:43
64
Hava kəskin pisləşəcək – PROQNOZ
CƏMİYYƏT

Hava kəskin pisləşəcək – PROQNOZ

04/03/2026 07:57
70
Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq – PROQNOZ
CƏMİYYƏT

Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq – PROQNOZ

03/03/2026 12:48
62
Sabah yağış yağacaq
CƏMİYYƏT

Sabah yağış yağacaq

02/03/2026 12:45
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Təxliyə edilən Azərbaycan vətəndaşlarının son sayı AÇIQLANDI

Təxliyə edilən Azərbaycan vətəndaşlarının son sayı AÇIQLANDI

07/03/2026 12:15
69
Üç maşın toqquşdu, qadın sıxılı vəziyyətdə qaldı-VİDEO

Üç maşın toqquşdu, qadın sıxılı vəziyyətdə qaldı-VİDEO

07/03/2026 12:00
66
İran Prezidenti üzr istədi

İran Prezidenti üzr istədi

07/03/2026 11:56
60
SEPAH ABŞ-ni hədələdi

SEPAH ABŞ-ni hədələdi

07/03/2026 11:42
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
76

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.