“Meydanda sadəcə aqressiya deyil, intizamlı oyun gördük. Azərbaycan futbolu adına çox sevindim”.
Gündəm24.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Qurbanov rəqib qapısına vurulan üç qolun əhəmiyyətini xüsusi vurğulayıb:
“Rəqibin qapısına üç qol vurmaq əladır. Bizim üçün uğursuzluq “Ayaks”la oyundan sonra başlamışdı. Futbolçularım özlərini istədikləri kimi hiss etmirdilər. Lakin hazırda komandamdan tam razıyam və nəticədə qələbə qazandıq. Biz “Liverpul”la oyuna inamla çıxacağıq. O stadionda oynamaq asan deyil, çünki İngiltərənin köklü klubu ilə qarşılaşacağıq”.














