Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qurban Qurbanovla bağlı ŞOK DETAL – Rəsmən açıqlandı

21/09/2026 22:00
İdman
805 25
Qurban Qurbanovla bağlı ŞOK DETAL – Rəsmən açıqlandı
687
Paylaşım sayı
954
Baxış sayı

“Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov bəzi məqamlarda klubdan ayrılmaq istəyib.

Gündəm24.az  Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözel deyib.

“Köhlən atlar”ın rəhbəri Qurban Qurbanovun uzun müddət “Qarabağ“ın baş məşqçisi olmasına münasibət bildirib:

“Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir. Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır. İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işə, qurulan sistemə və bir-birimizə olan inamımızı əsas götürmüşük. Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik. Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik. Bu gün “Qarabağ” daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu, o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur. Klub rəhbərliyi baş məşqçiyə inanır, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır. İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur. Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır”.

 

O, Avropada qazanılan uğurlu nəticələrdən sonra azarkeşlərin təbii daha böyük transferlər gözlədiyini söyləyib:

“Azarkeşin daha böyük adlar görmək istəməsi tamamilə başadüşüləndir. Bu, klubdan gözləntinin böyüdüyünü göstərir və əslində bizi sevindirir. Amma transfer siyasətinə yalnız futbolçunun adına və ya onun üçün ödənilən məbləğə görə yanaşmaq düzgün olmaz. Transfer pəncərəsinin sonunda yalnız “kimi aldın?” sualını vermək kifayət deyil. “Kimi saxladın?”, “hansı mövqedə rəqabəti artırdın?”, “komandanın ümumi balansını necə dəyişdin?”, “gələn futbolçunun inkişaf potensialı nədir?” kimi suallar da verilməlidir.Burada Qurban Qurbanovun rolu çox böyükdür. Mən Qurban müəllimin futbolçu seçiminə inanıram və onun bu istiqamətdə qərarlarını tam dəstəkləyirəm. Hamı görür ki, Qurban müəllim futbolçu seçərkən yalnız onun hansı ölkədən və hansı çempionatdan gəlməsinə baxmır. Futbolçunun bugünkü statistikası vacibdir, amma bununla kifayətlənmir. Xarakterinə, meydandakı davranışına, komanda oyununa uyğunluğuna, inkişaf potensialına, yeni mühitə adaptasiya imkanına baxılır. Bəzən bir futbolçunun real potensialını onun transfer olunduğu gün ictimaiyyət görməyə bilər. Məşqçi isə həmin futbolçuda altı ay və ya bir il sonra ortaya çıxa biləcək keyfiyyəti görür. Kamilo Duran buna yaxşı nümunələrdən biridir. O, “Qarabağ”a gələndə Portuqaliyanın ikinci liqasında çıxış etmişdi və müəyyən suallar səslənirdi. “Qarabağ”da keçdiyi inkişaf prosesindən sonra “Seltik”ə transfer olundu. Yeni klubunda qısa müddət ərzində təsir göstərdi, ilk yeddi rəsmi qarşılaşmasında altı qol vurdu və Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçildi. Bu, bizim üçün sadəcə uğurlu satış deyil. Bu, düzgün futbolçu seçiminin, məşqçi işinin və futbolçunun öz zəhmətinin nəticəsidir. Ümumiyyətlə, transfer siyasətində bizim üçün əsas məsələ sadəcə daha yüksək məbləğ ödəyib futbolçu gətirmək deyil. Əsas olan klubun imkanlarına uyğun büdcəni düzgün müəyyənləşdirmək, komandanın hansı mövqedə güclənməyə ehtiyacı olduğunu doğru təhlil etmək və həmin mövqe üçün oyun fəlsəfəmizə uyğun futbolçunu seçməkdir. Futbolçunun fərdi keyfiyyətləri nə qədər yüksək olsa da, onun mövcud heyətə, komanda yoldaşlarının xüsusiyyətlərinə və baş məşqçinin oyun modelinə uyğunluğu eyni dərəcədə vacibdir. Transferin uğuru yalnız oyunçunun fərdi səviyyəsi ilə deyil, bütövlükdə komandanın daxilində nə dərəcədə effektiv ola bilməsi ilə ölçülür. Burada maliyyə və komandadaxili balans məsələsi də xüsusi əhəmiyyət daşıyır. Klubumuzun maliyyə dayaqları kifayət qədər güclüdür və imkanlarımız daha yüksək məbləğdə futbolçu transfer etməyə şərait yaradır. Ancaq transfer qərarı verərkən yalnız buna əsaslana bilmərik. Komandada futbolçuların müqavilə şərtləri və ödəniş səviyyələri arasında sağlam nisbətin qorunması vacibdir. Mövcud heyətdə bir-birinə yaxın maliyyə şərtləri formalaşıbsa, həmin strukturun içərisinə digərlərindən kəskin şəkildə fərqlənən məbləğlə futbolçu gətirmək kollektiv daxilindəki tarazlığa mənfi təsir göstərə bilər. Bizim üçün əsas prinsiplərdən biri də məhz budur: futbolçunun keyfiyyətini artırarkən komandanın daxili balansını pozmamaq. Çünki güclü komanda yalnız yaxşı futbolçuların bir araya gəlməsi ilə formalaşmır. Həmin futbolçular arasında ədalətli rəqabətin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunması da eyni dərəcədə vacibdir. Bu mövsüm heyətimizə 12 yeni futbolçu cəlb etmişik. Bu qədər çox oyunçunun eyni dövrdə komandaya qoşulması müəyyən uyğunlaşma mərhələsini zəruri edir. Yeni futbolçuların baş məşqçinin tələblərini tam mənimsəməsi, komanda yoldaşlarını daha yaxından tanıması və meydanda arzu etdiyimiz ahəngin yaranması üçün onlara vaxt verilməlidir. Hər bir futbolçunun komandaya hansı keyfiyyəti əlavə edə biləcəyini, ümumi oyun sisteminə necə uyğunlaşacağını və kollektiv daxilində formalaşmış tarazlığa necə təsir göstərəcəyini nəzərə alırıq. Buna görə yeni transferləri bir neçə oyun əsasında qiymətləndirmək düzgün olmaz. Onların potensialını tam göstərməsi üçün müəyyən müddətə ehtiyac var. Əsas məqsədimiz yeni gələn oyunçuların komandaya düzgün inteqrasiyasını təmin etmək, kollektivin ahəngini qorumaq və eyni zamanda ehtiyac duyulan mövqeləri gücləndirməkdir”.

T.Gözel son illərdə “Qarabağ”dan Avropanın daha yüksək səviyyəli çempionatlarına və tanınmış klublarına transfer olunan futbolçuların sayının artığını vurğulayıb:

 

“Əgər məqsəd yalnız futbolçu alıb satmaq olsaydı, bu, idman layihəsi deyil, sırf kommersiya fəaliyyəti olardı. Biz futbolçunu müəyyən edirik, onu komandaya gətiririk, sistemimizə uyğunlaşdırırıq, inkişaf etməsinə şərait yaradırıq, Avropa arenasında özünü göstərmək imkanı veririk. Əgər həmin futbolçu bir müddətdən sonra karyerasının növbəti mərhələsinə keçirsə, bu, həm futbolçunun, həm məşqçi heyətinin, həm də klubun uğurudur. Juninyo bunun çox yaxşı nümunəsidir. O, Portuqaliyanın “Şaveş” klubundan “Qarabağ”a gəldi. Burada Avropa oyunları da daxil olmaqla yüksək səviyyədə özünü göstərdi, iki mövsüm ərzində böyük inkişaf yolu keçdi və daha sonra Braziliyanın ən tanınmış klublarından biri olan “Flamenqo”ya transfer olundu. Braziliyadan çıxmış bir futbolçunu Avropaya gətirib, burada inkişaf etdirib, sonra “Flamenqo” kimi Braziliya nəhənginə transfer etmək sıradan hadisə deyil. Bu, “Qarabağ”da futbolçu ilə hansı işin görüldüyünü göstərir. Burada ilk növbədə Qurban Qurbanovun, onun məşqçi heyətinin, skautinq sistemimizin və futbolçu ilə gündəlik çalışan bütün əməkdaşların əməyini qeyd etmək lazımdır. Belə transferlər klub üçün maliyyə baxımından da əlavə imkan yaradır. Qazanılan vəsait yenidən əsas komandaya, akademiyaya, infrastruktura, seleksiya sisteminə və başqa inkişaf istiqamətlərinə yönəldilə bilər. Əsas məqsəd budur ki, futbolçular dəyişsə də, sistem gücünü itirməsin”.

Oxşarxəbərlər

“Sumqayıt” basketbol klubuna yeni baş məşqçi təyin olundu
İdman

“Sumqayıt” basketbol klubuna yeni baş məşqçi təyin olundu

21/09/2026 16:46
955
“Sumqayıt”ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib
İdman

“Sumqayıt”ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

21/09/2026 16:15
952
“Formula-1″lə bağlı mühüm dəyişikliklər
İdman

“Formula-1″lə bağlı mühüm dəyişikliklər

21/09/2026 00:12
961
“Neftçi”nin tanınmış futbolçusu VƏFAT ETDİ – FOTO
İdman

“Neftçi”nin tanınmış futbolçusu VƏFAT ETDİ – FOTO

19/09/2026 13:10
955
Qurbanovun istefası ətrafında MÜZAKİRƏLƏR BÖYÜYÜR
İdman

Qurbanovun istefası ətrafında MÜZAKİRƏLƏR BÖYÜYÜR

29/08/2026 13:00
969
Mirşahin Qurban Qurbanovdan yazdı
İdman

Mirşahin Qurban Qurbanovdan yazdı

28/08/2026 07:30
965

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
952
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
952
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21/09/2026 23:22
951
Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

21/09/2026 23:15
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.