“Neftçi” FK-nın baş məşqçisi Samir Abasovun istefa xəbəri yayılıb. Bildirilib ki, paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı müqaviləyə xitam verib.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Samir Abasovla əlaqə saxlanılıb.
O, xəbəri təkzib edib:
“Xəbərin necə və kim tərəfindən yayıldığını bilmirəm. Mən klubdan ayrılmamışam, fəaliyyətimi davam etdirirəm”.
11:14
“Neftçi” baş məşqçisi Samir Abasovu istefaya göndərib.
Gündəm24.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, buna səbəb komandanın uğursuz çıxışı olub.
Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə “İmişli“yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.
Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından “Neftçi“nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də “ağ-qaralar”ı çalışdırıb.














