Bir neçə gün əvvəl “Neftçi” FK-dan ayrılan baş məşqçi Samir Abasovun yaxın günlərdə yeni klubla anlaşacağı barədə məlumatlar yayılıb.
Məsələni dəqiqləşdirmək üçün Gundem24.az Globalinfo.az-a istinadən bildirir ki, Samir Abasovla əlaqə saxlanılıb.
Məşqçi yayılan xəbərləri təkzib edib:
“Kiçik bir ölkədə yaşayırıq. Təklif olarsa, ilk növbədə mediada görünəcək. Hələlik belə bir təklif yoxdur”.














