Cümə, Aprel 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Bank Respublika” ilə bağlı kritik durum: bağlanır? – Mühüm açıqlama

20/11/2025 17:11
İqtisadiyyat
45 3
“Bank Respublika” ilə bağlı kritik durum: bağlanır? – Mühüm açıqlama
61
Baxış sayı

“Bank Respublika” ətrafında maliyyə vəziyyətinə dair narahatlıq doğuran mənzərə yaranıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayı üzrə açıqlanan hesabata əsasən, bankın gecikmiş problemli kreditləri kəskin artıb. Vaxtı keçmiş kreditlərin həcmi 19 milyon 667 min manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Mütəxəssislər bildirirlər ki, banklar adətən problemli kreditləri rəsmi sənədlərdə real göstəricidən daha aşağı göstərməyə çalışırlar. 

Sözügedən hesabatda həmçinin vurğulanıb ki, 2024-cü ilin müvafiq dövründə fiziki şəxslərin yerləşdirdiyi depozitlərin həcmi 649 milyon 867 min manat olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 50 milyon manata yaxın azalaraq, 602 milyon 476,18 min manat təşkil edib. Bu, 7,3 faiz azalma deməkdir.

Qeyd edək ki, son 10-15 ildə depozitlərin azalması və problemli kreditlərin artması kimi meyllər bir sıra bankların sonradan müflis olmasına və fəaliyyətini dayandırmasına səbəb olub.

“Bank Respublika”da müşahidə edilən dinamika müvəqqəti dalğalanmadır, yoxsa sektor üçün yeni risk siqnalı?

Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, iqtisadçı Elçin Rəşidov bildirib: “Bank Respublika”da fiziki şəxslərin depozitlərinin bu il əhəmiyyətli dərəcədə azalması mənfi haldır.

“Çünki əmanətçilər bankdan vəsaitini çıxardıqda bankın kredit vermək imkanları azalır, likvidlik problemi yaranır və ciddi risk formalaşır. Bununla yanaşı, bəzi mənbələrdə qeyd edilir ki, bankın ümumi depozit portfeli 1,5 milyard manat artıb. Bu isə müəyyən ziddiyyət yaradır: ya xəbərlərdə manipulyasiya mövcuddur, ya da fiziki şəxslərin depozit azalmasına baxmayaraq bank başqa mənbələrdən, xüsusilə hüquqi şəxslərdən daha çox depozit cəlb edib. Fiziki şəxslər üzrə azalmanın fonunda ümumi depozit portfelinin artması göstərir ki, proses panika ilə bağlı deyil. Ehtimal etmək olar ki, bank fiziki şəxslər üzrə depozit cəlbini faiz dərəcələrini aşağı salmaqla məhdudlaşdırıb, vəzində hüquqi şəxslərdən daha rahat depozit cəlb edib. Bankın depozitləri həddindən artıq azaltmaq imkanı da yoxdur, çünki kredit buraxılışı üçün müəyyən səviyyədə depozit bazası qorunmalıdır”.

"Bank Respublika" ilə bağlı kritik durum: bağlanır? - Mühüm açıqlama

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, problemli kreditlərin həcminin ötən illə müqayisədə iki dəfə artmasının bir sıra səbəbləri var:

“Bu, adətən kredit mütəxəssislərinin düzgün fəaliyyət göstərməməsi, bank daxilində nəzarət və audit mexanizmlərinin zəifləməsi ilə əlaqədar olur. Hazırkı hesabatlarda problemli kreditlərin ümumi kredit portfelində payı təxminən 1,25 faiz kimi göstərilir. Bu göstərici ötən illə müqayisədə iki dəfə artsa da, panikaya səbəb olacaq rəqəm deyil. Bankın faiz xərcləri də artıb, 2025-ci ilin sentyabrında başa çatan rübdə faiz xərcləri təxminən 90 milyon manat olub və bu artım ümumi kredit portfelinin genişlənməsi ilə uyğunluq təşkil edir. Bununla belə, faiz xərclərinin yüksəlməsi ümumi kredit riskini artırır. Ümumiyyətlə, Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir və bu yalnız “Bank Respublika”ya aid məsələ deyil, sektorda ümumi tendensiyadır. Bu isə kredit mütəxəssislərinin fəaliyyətində çatışmazlıqların olduğunu göstərir”.

E.Rəşidov bildirib ki, “Bank Respublika”nın kapital adekvatlığı təxminən 10 faiz göstərilir və bu, normativə uyğun olaraq müəyyən təhlükəsizlik yastığı yaradır:

“Lakin bankın nağd pul vəsaitləri azalıb, bu da likvidlik problemini artırır. Mövcud məlumatlara görə, ilin əvvəlindən nağd vəsaitlərdə təxminən 25 faizlik azalma var, bu da likvidlik riskini yüksəldir, bank üçün xəbərdarlıq əlamətlərinin olduğunu göstərir. Problemli kreditlərdə artım, fiziki şəxslərin depozit çıxarışı müşahidə olunur, lakin bankın kapital adekvatlığı mövcuddur, həm aktivləri, həm də kredit portfeli artıb. Belə amillər bankın böhran həddində olmadığını göstərən müsbət dinamika yaradır. Mətbuatda deyilənlərə əsaslansaq, hazırkı vəziyyət sektordakı ümumi risk fonunda qiymətləndirilməlidir və bütövlükdə bank sektorunun problemidir”.

Ekspert xatırladıb ki, Azərbaycan Mərkəzi Bankının (AMB) əsas funksiyaları monetar siyasət və maliyyə bazarlarına nəzarətdir:

“Bu çərçivədə AMB risk əsaslı maliyyə nəzarətini gücləndirməli, bankların stress-testlərini daha aktiv tətbiq etməlidir. Bankın özünə gəldikdə, kredit siyasətini və kredit verən mütəxəssislərin fəaliyyətini yenidən qiymətləndirməlidir. Görünür ki, kredit verilməsi zamanı nəzarətdən yayınan halların sayı çoxdur. Bank müəyyən likvidlik yastığı formalaşdırmalı, nağd pul ehtiyatlarını artırmalı və ehtiyac olduğu halda fiziki şəxslərdən depozit cəlbini daha əlverişli faiz siyasəti ilə stimullaşdıra bilər. Bu, həm likvidlik problemini azaldar, həm də kredit tələbi varsa, onun qarşılanmasını təmin edər. Bu baxımdan həm AMB, həm də “Bank Respublika” üçün dəyişikliklər zəruridir. Əmanətçilər və investorlar isə qoyduqları vəsaitlə bağlı qərar verərkən bankların maliyyə hesabatlarını mütəmadi izləməlidirlər. Əgər bank sektorunda problemli kreditlərlə bağlı ümumi risk artırsa, bu, AMB-nin maliyyə nəzarətini daha effektiv şəkildə həyata keçirməsini tələb edir.

Bankın müflis olma və ya bağlanma ehtimalına gəldikdə isə, hazırda belə bir durum yoxdur. Çünki portfel və aktivlər böhran səviyyəsində deyil. Azərbaycanda son 15 ildə bankların təxminən yarısının bağlanmasının səbəbləri uzunmüddətli struktur problemlər olub və bəzi hallarda bank sahiblərinin məsuliyyətsiz davranışları qeyd edilib. Məsələn, ABB bağlanmasa da, sektor üçün yaratdığı zərər digər bankların ümumi zərərindən daha çox olub. Bütün bunlar göstərir ki, həmin dövrlərdə AMB maliyyə nəzarəti funksiyasını ya effektiv, ya da peşəkar şəkildə yerinə yetirməyib. Mövcud vəziyyətdə isə problemlərin aradan qaldırılması üçün həm nəzarət, həm də bankdaxili idarəetmə mexanizmləri gücləndirilməlidir”.

Oxşarxəbərlər

AMB illik hesabatlarla bağlı xəbərdarlıq etdi
İqtisadiyyat

AMB illik hesabatlarla bağlı xəbərdarlıq etdi

08/04/2026 20:42
67
Banklarda əmanətlər artır – bu, nə deməkdir?
İqtisadiyyat

Banklarda əmanətlər artır – bu, nə deməkdir?

04/04/2026 14:24
62
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
İqtisadiyyat

Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA

02/04/2026 19:29
69
Mərkəzi Bank mühüm qərar açıqlayacaq – Bu tarixdə
İqtisadiyyat

Mərkəzi Bank mühüm qərar açıqlayacaq – Bu tarixdə

01/04/2026 22:34
56
Valyuta dəyişmək istəyənlərin NƏZƏRİNƏ: BAHALAŞDI
İqtisadiyyat

Valyuta dəyişmək istəyənlərin NƏZƏRİNƏ: BAHALAŞDI

31/03/2026 09:37
75
Bu şəxslər daha tez pensiya alacaqlar
İqtisadiyyat

Bu şəxslər daha tez pensiya alacaqlar

30/03/2026 16:07
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

10/04/2026 15:54
53
SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

10/04/2026 15:53
53
Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

10/04/2026 15:53
51
Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

10/04/2026 15:51
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
64

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
115

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
132

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.