Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq.
Gündəm24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.
Sərəncama əsasən, 2026-cı ilin dekabrına qədərRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vəDövlət Miqrasiya Xidmətiİqtisadiyyat Nazirliyi,Maliyyə Nazirliyi,Mərkəzi Bank(tövsiyə olunur),Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Dövlət Gömrük Komitəsi ilə birgə“Rəqəmsal Səyyah Vizası” və “Rəqəmsal İstedad Vizası” proqramlarının vahid platforma üzərindən tətbiqi, “Xüsusi Vergi Rejimi”nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxmanı təmin etməlidir.













