Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsinin bəzi detalları məlum olub.
Gündəm24.az Oxu.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.
Onların iki övladları olub, ikisi də hadisə zamanı işdə olub.
Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.














