Vaşinqton hərbi yardım və milyardlarla dollara çata biləcək pilotsuz təyyarə sazişi ilə bağlı danışıqları dayandırıb.
Gündəm24.az xəbər verir ki, buna səbəb ABŞ hökumətinin büdcə çatışmazlığı fonunda işlərin iflic olmasıdır.
Ukrayna hökumətindəki mənbələr bildirir ki, əsas narahatlıq Amerika silahlarının çatdırılmasında ola biləcək gecikmələrlə bağlıdır:
“Bütün layihələr müəyyən qədər zərər çəkdi. Çünki Pentaqon, Dövlət Departamenti və Ağ Evdən olan nümayəndələr görüşmür və biz bu bağlanma səbəbindən vaxt itiririk”, – deyə vurğulanır.
Elay RZAZADƏ
Gündəm24.az














