ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bazar ertəsi günü Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün gözlənilən müddətlə bağlı açıqlamalarını rədd edib.
Gündəm24.az xəbər verir ki, Reuters-in verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatasının üzvü Uitaker Münhen Təhlükəsizlik Konfransında çıxış edərək Ukraynadakı müharibənin mümkün son tarixləri ilə bağlı deyilənləri şərh edib. O bildirib ki, Zelenskinin iyun ayını “son tarix” kimi göstərməsi ABŞ-ın müəyyən etdiyi mövqe deyil və Vaşinqton hər iki tərəfin mümkün qədər tez sülh razılaşmasına gəlməsini istəyir.
Uitaker qeyd edib ki, ABŞ münaqişənin uzanmasını istəmir və tərəflərin danışıqlar masasına oturmasını prioritet hesab edir. Bununla yanaşı, Zelenski fevralın əvvəlində Vaşinqtonun müharibənin bu yay bitməsini istədiyini bildirmişdi.
Reuters mənbələrə istinadən yazır ki, Ukraynada keçiriləcək milli seçkilərlə eyni vaxta təsadüf edən referendumda mümkün sülh sazişi də müzakirəyə çıxarıla bilər. Mənbələr amerikalıların bu məsələdə “tələsik” olduğunu bildirir və səsvermənin altı aydan az müddətdə təşkil oluna biləcəyini qeyd edirlər.
Sədaqət Həsənova














