Bazar ertəsi, Noyabr 17, 2025
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Adnan Əhmədzadə qaçaq neft işi — gizli əlaqələr ifşa olundu

16/10/2025
Kriminal, Manşet
73 5
Adnan Əhmədzadə qaçaq neft işi — gizli əlaqələr ifşa olundu
99
Baxış sayı

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbdəbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır.

Gündəm24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, gah A.Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərimələnməsi.

Ağır cəzalarla “burun-buruna” gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxta yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır.

Elə bununla bağlı Maltanın yerli media orqanı olan “Maltese Herald”da yazı dərc olunub.

Yazıda deyilir ki, A.Əhmədzadənin Maltadan Britaniyanın Virciniya adalarına qədər uzanan bir sıra ofşor şirkətləri var.

Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib. Əhmədzadə və Ağayevin “Qohum işindən” isə əngəlli əməllərin ortaya çıxdığı deyilir.

Fotoda: Kamran Ağayev

İttihamda deyilir ki, həmin şirkət Maltanın Birzebbuğa şəhərində yerləşən neft terminalından istifadə edərək Rusiya kölgə donanması ilə birlikdə Rusiya neftinin qaçaq yolla daşınmasında iştirak edib.

Şirkət, eyni zamanda, Liviyadan qaçaq yollarla əldə olunan neftin ticarəti ilə də məşğul olub. Belə ki, şirkət Rusiya-neft ticarəti ilə bağlı A.İ. və Böyük Britaniya səlahiyyətliləri tərəfindən araşdırılır.

Araşdırmanın mənbəyi isə şirkətin saxta sertifikatlarla Rusiya neftinin Avropaya ixrac olunması ilə bağlı gəzən xəbərlərdir.

Media qurumu öz mənbələrinə istinadən yazıb ki, bu söz-söhbətlər Malta hakimiyyətində ciddi narahatlıq doğurub. Nəşr ötən ildən bəri Malta bayrağı altında Rusiya neftinin ticarəti ilə məşğul olan tankerlərin siyahısını da tirajlayıb.

Qeyd olunur ki, bu gəmilər Rusiya neftinin xarici bazara daşınması üçün ən məşhur rus limanları olan Primorsk və Novorossiyskdən istifadə ediblər.

Həmin tankerləri aşağıda qeyd edirik:

-“Chrysopigi IMO 9303728”

-“Janine K IMO 9544607”

-“Minerva Emily IMO 9380063”

-“Minerva Joy IMO 9363479”

-“Minerva Mediterranea 9367671”

Xam neft tankerləri

-“Botafogo IMO 9395329”

-“Calida IMO 9522128”

Adnan Əhmədzadə haqda iddialar bu yeddi tankerlə də kifayətlənmir. Belə ki, “Pandora Sənədləri” də daxil olmaqla, ictimaiyyətə sızan məlumatlara görə, Əhmədzadənin adı Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş “Choice Management Group Ltd”nin də benefisiar sahibi kimi önə sürülüb.

Bir neçə gün əvvəl isə “Haqqin.az” Sinqapur KİV-ə istinadla on il əvvəl Dubayda qurulan Kamran Ağayevə məxsus başqa bir şirkət haqda geniş məqalə dərc edib.

Bildirib ki, bunker yanacağı və tanker broker xidmətlərinin qeyri-şəffaf dünyasında yer açmaq istəyən başqa bir çevik operator kimi görünürdü. 2022-ci ilə qədər şirkətin illik gəliri 1 milyard dolları ötdü, əməliyyatları 60 ölkəyə genişləndi və o, özünü daha təmiz yanacaq və mayeləşdirilmiş təbii qaz bazarında oyunçu kimi yerləşdirdi.

Lakin sahibi-A.Əhmədzadənin həbsindən sonra şirkət özünü geosiyasi və hüquqi fırtınanın episentrində tapdı.

Araşdırmaçılar iddia edirlər ki, bu sxem saxta sertifikatlardan istifadə edilməklə həyata keçirilib və Qərbin məhdudlaşdırıcı sanksiyalarına baxmayaraq, Rusiya neftinin Azərbaycan kimi ötürülməsinə və Avropaya satılmasına imkan verib.

Hazırda Adnan Əhmədzadənin işlərini idarə edən digər yaxınlarından fərqli olaraq Kamran Ağayevdən ümumiyyətlə xəbər yoxdur. Azərbaycanı tərk etmiş Kamran Ağayevin gizlənməsinin onun barəsində təbii olaraq əsaslı şübhələr yaradacağı, barəsində atılacaq addımların gizli biznes şəbəkəsini alt-üst edəcəyi və məsuliyyətə cəlb edilmək üçün əsas yaradacağı aydındır. Əsas sual isə belə səslənir: Azərbaycandan mənimsənilən pullarla hara qədər gizlənə bilərsən?!

Oxşarxəbərlər

Dərələyəzin abidələri – daşlara həkk olunmuş Azərbaycan yaddaşı
Manşet

Dərələyəzin abidələri – daşlara həkk olunmuş Azərbaycan yaddaşı

17/11/2025
52
“SİMA” rəqəmsal imza sistemi 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib – PREZİDENT
Manşet

“SİMA” rəqəmsal imza sistemi 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib – PREZİDENT

17/11/2025
53
Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”
Manşet

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

16/11/2025
52
Sumqayıtda toy yasa döndü
CƏMİYYƏT

Sumqayıtda toy yasa döndü

16/11/2025
60
Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı – Tehranın planı
Dünya

Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı – Tehranın planı

16/11/2025
57
Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… – İlham Əliyev
Manşet

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… – İlham Əliyev

16/11/2025
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

8 gün əvvəl qəzaya düşmüşdü – Bu gün öldü

8 gün əvvəl qəzaya düşmüşdü – Bu gün öldü

17/11/2025
51
Umerov Ukraynadan qaçıb? – Rəsmi açıqlama

Umerov Ukraynadan qaçıb? – Rəsmi açıqlama

17/11/2025
51
Su kranını bağlamağa çalışarkən faciə baş verdi: 74 yaşlı qadının ölümünün TƏFƏRRÜATI

Su kranını bağlamağa çalışarkən faciə baş verdi: 74 yaşlı qadının ölümünün TƏFƏRRÜATI

17/11/2025
51
FHN-dən yayılan iddialarla bağlı açıqlama

FHN-dən yayılan iddialarla bağlı açıqlama

17/11/2025
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Dərələyəzin abidələri – daşlara həkk olunmuş Azərbaycan yaddaşı

Dərələyəzin abidələri – daşlara həkk olunmuş Azərbaycan yaddaşı

17/11/2025
52

Dərələyəz-Qərbi Azərbaycanın Ən Qədim Türk Yurdu

Dərələyəz-Qərbi Azərbaycanın Ən Qədim Türk Yurdu

15/11/2025
62

Sumqayıtda “Dürümcü” kafesində yanğın baş verib

Sumqayıtda “Dürümcü” kafesində yanğın baş verib

07/11/2025
57

İşıq saçan ömrün 60 ili-FOTOLAR

İşıq saçan ömrün 60 ili-FOTOLAR

05/11/2025
151

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.