Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Adnan Əhmədzadə işində “Səlim Müslümov ssenarisi” təkrarlana bilərmi? – ŞOK TƏFƏRRÜAT

26/09/2025 09:23
Manşet
44 2
Adnan Əhmədzadə işində “Səlim Müslümov ssenarisi” təkrarlana bilərmi? – ŞOK TƏFƏRRÜAT
58
Baxış sayı

Dubaydan Bakıya uzanan korrupsiya şəbəkəsi – Azərbaycana qarşı ən böyük iqtisadi terror işində kimlər var?

Azərbaycanın enerji sektorunda son onilliklərin ən qalmaqallı istintaqlarından biri davam edir. SOCAR-da mühüm vəzifələr tutmuş, illərlə ölkənin neft ticarətində aparıcı fiqur olmuş Adnan Əhmədzadənin həbsi həm iqtisadi, həm də siyasi gündəmi silkələyib. İddialara görə, bu iş nəticəsində Azərbaycan dövləti 2 milyarddan 5 milyard dollara qədər ziyan çəkə bilər. Bu, hələlik təsdiqlənmiş rəqəm deyil, medianın, ekspertlərin və ictimaiyyətin müzakirə etdiyi iddialardır.

Əldə olan məlumata görə, 2025-ci ilin ilk 8 ayında Azərbaycanın neft ixracı təxminən 8 milyard 400 milyon dollar olub. Bu isə gündəlik orta hesabla 34-35 milyon dollar – 60 milyon manat gəlir deməkdir. Belə olan halda, 2-5 milyardlıq zərər iddiası ölkənin bir neçə aylıq neft ixracına bərabərdir.

İstintaqın gedişatından asılı olaraq, bu iş təkcə bir nəfərlə məhdudlaşmaya bilər. Enerji sektorunda belə miqyaslı korrupsiya və saxtakarlıq ittihamları adətən geniş əlaqələr və tərəfdaşlar zənciri ilə bağlı olur. Bu səbəbdən ictimaiyyətin gözləntisi odur ki, yeni həbslər ola bilər.

Hazırda ən çox müzakirə olunan suallardan biri budur ki, əgər Adnan Əhmədzadə dövlətə vurulan ziyanı ödəsə, bu, onun azadlığa çıxmasına səbəb ola bilərmi? Şübhəli şəxs zərəri ödəmək istədiyini bildirərsə, qanun buna hansı hallarda imkan verir? 

Əkrəm Həsənov

Gündəm 24.az xəbər verirki,Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycan məhkəmə tarixində yaxın keçmişdə belə bir hal olub: “Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istintaqa cəlb olunandan sonra 27 milyon manat ziyan müəyyən edilmişdi. Səlim Müslümov uzun sürən məhkəmə prosesi dövründə ziyanın bir hissəsini ödədi. Bundan sonra məhkəmə onun barəsində ittihamedici hökm çıxarsa da, şərti cəzaya məhkum etdi. Bunu belə əsaslandırdılar ki, Səlim Müslümov qocadır, xəstəlikləri var. O nöqteyi-nəzərdən Adnan Əhmədzadənin işində də eyni praktikaya müraciət oluna bilər. Yəni Adnan Əhmədzadə zərəri ödəyərsə, mümkündür ki, şərti cəzaya da məhkum oluna bilər”.

Əkrəm Həsənov deyib ki, Adnan Əhmədzadənin saxlanıldığı iş dövlətə qarşı çox böyük bir iqtisadi cinayəti əhatə edir: “Yəni bu cinayət hansısa bir mənzildən oğurluq və ya bir mənzilin bir neçə nəfərə satılması cinayəti deyil. Burada isə xüsusilə ağır bir cinayətdən söhbət gedir”.

Bəs iddia olunan 2-5 milyard dollarlıq ziyanın geri qaytarılması hansı hüquqi və beynəlxalq mexanizmlərlə mümkündür?

Əkrəm Həsənov deyib ki, zərərin müəyyən edilməsi üçün ekspertiza təyin olunmalı və real zərər ortaya çıxarılmalıdır: “Ekspertiza Azərbaycan neftinə qatılan xlorid maddəsindən dolayı ölkəmizə və tərəfdaşlarına dəyən ziyanı müəyyən etməli və rəy istintaqa təqdim olunmalıdır. Adnan Əhmədzadə işi sadəcə bir nəfərin taleyi ilə məhdudlaşmır. Burada söhbət Azərbaycanın enerji imicindən, iqtisadi təhlükəsizliyindən və beynəlxalq tərəfdaşlarla etimad münasibətlərindən gedir”.

Ə.Həsənov hesab edir ki, Adnan Əhmədzadəyə elan olunan ittihamlar olduqca ağırdır və ortada olan məlumatlar, həbsin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən gerçəkləşdirilməsi nəticədə ittihamedici hökmün çıxarılması ilə bitəcək: “Adnan Əhmədzadə zərəri ödəsə, o, həbsdə yaxşı şəraitdə yaşaya bilər. İstənilən vaxt yanına gəlib-gedənlər olacaq. Əks halda, ümumi barakı kasıb dustaqlarla bölüşəcək”.

Bu arada həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb.

Məlumata görə, iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də özünə dəbdəbəli və bahalı mənzil alıb. Gununsesi.info-nun yaydığı məlumata görə, söhbət 67 milyon dirhəmə alınan mənzildən gedir. 67 milyon dirhəm – 31 milyon manat və ya 18 milyon dollar deməkdir. 2 qülləli bina hotel və yaşayış kompleksindən ibarətdir. Burada “Baccarat” brendi altında idarə olunan 5 ulduzlu hotel yerləşir.

 

Belə məlum olur ki, Adnan Əhmədzadə Dubayın mərkəzində 5 otaqlı mənzilin sahibi olub.

 

“Baccarat Hotel & Residences Dubai” çəkici edən həm də mənzərəsidir. Penthauslarda və yüksək mərtəbələrdə panoramik mənzərələr: “Burj Khalifa”, “Dubai Fountain”, “Business Bay”, DIFC, “Dubai Mall”, “Dubai Opera” və sair. “Baccarat Residences Downtown Dubai” binasının tamamlanma (təhvil verilmə) tarixi 2026-cı ilin 4-cü rübü olaraq planlaşdırılır.

Daxil olan məlumatda isə deyilir ki, Adnan Əhmədzadəyə məxsus olan və Azərbaycanda yerləşən mal-mülklərin də üzərinə həbs qoyulub. Həmin varidatı ittihamlar təsdiq olunacağı təqdirdə xüsusi müsadirəyə götürülərək ziyanın ödənməsinə yönəldiləcək.

Qeyd edək ki, Adnan Əhmədzadənin həbsindən 4 gün sonra, sentyabrın 23-də BP rəsmisi Tamam Bayatlı açıqlayıb ki, hazırda Ceyhan terminalında yerləşən bütün çənlərdə neft standartlara uyğundur, problem həll olunub.

Tamam Bayatlı terminallardakı çənlərdə aşkar olunan xlorid maddəsinin təmizləndiyini açıqlayıb. Neftin hasilatı və nəql prosesində kimyəvi reagentlərdən istifadə olunur. Normalda bu qatışıqlar təmizlənməlidir. Deməli, əgər xloridlər qalıbsa, ya işə məsuliyyətsiz yanaşılıb, ya da bilərəkdən göz yumulub. Dünyada keyfiyyətsiz nefti keyfiyyətli partiyalara qatıb-qarışdırmaqla ixrac etmək praktikasına tez-tez rast gəlinir. Bu, yüz milyonlarla dollar qazanc deməkdir. Çox güman ki, Ceyhan çənlərində də məhz bu məqsədlə şübhəli qarışdırma əməliyyatı aparılıb. Azərbaycanın əsas üstünlüyü beynəlxalq enerji bazarında etibarlı tərəfdaş imicidir. Neftin keyfiyyəti ilə bağlı ən kiçik qalmaqal belə ölkəyə qarşı geosiyasi təzyiq alətinə çevrilir. Adnan Əhmədzadə işi göstərir ki, SOCAR-ın milyardlarla dollar dəyərində olan neft ticarəti illərlə dar çevrənin əlində olub. Bu dar çevrə üçünsə dövlətin maraqlarından çox şəxsi qazanc ön plana çıxıb! Nəticədə Azərbaycan dünya bazarına keyfiyyətsiz neft satmaq ittihamı ilə üz-üzə qalıb. Bu məsələdə Azərbaycanın neft bazarında etibarlı tərəfdaş imicinin qəsdən sarsıdılması niyyəti sezilir. Bunu kim edib və ən əsası kimin maraqları çərçivəsində edib?

Oxşarxəbərlər

İlham Əliyev Səudiyyə kralını təbrik etdi
Manşet

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

22/02/2026 11:19
50
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
Manşet

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
68
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib
Dünya

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56
Prezident dövlət qurumları ilə bağlı mühüm fərman imzaladı
Manşet

Prezident dövlət qurumları ilə bağlı mühüm fərman imzaladı

20/02/2026 16:45
54
Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu
Dünya

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55
Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib
Dünya

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

22/02/2026 19:29
53
Tehran yaxınlığında güclü PARTLAYIŞLAR: Hücum başladı?

Tehran yaxınlığında güclü PARTLAYIŞLAR: Hücum başladı?

22/02/2026 19:10
55
Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı

Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı

22/02/2026 19:06
53
Kənd almaq istəyənlərin NƏZƏRİNƏ: maşın qiymətinə satılır – FOTO

Kənd almaq istəyənlərin NƏZƏRİNƏ: maşın qiymətinə satılır – FOTO

22/02/2026 18:23
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.