Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Azərbaycan və Prezident İlham Əliyev Serbiya üçün strateji tərəfdaş və həqiqi dostdur. Onun sözlərinə görə, müasir dünyada bunu demək hər kəs haqqında mümkün olmur.
Gündəm24.az xəbər verir ki, Vuçiç qeyd edib ki, İlham Əliyev yalnız Serbiya tərəfindən tanınan lider deyil, eyni zamanda serb xalqı tərəfindən sevilən şəxsdir.
Prezident vurğulayıb ki, ölkələrarası əməkdaşlıq müxtəlif səviyyələrdə genişlənib: “Bir neçə gün öncə Bakıya, sizin ölkənizə parlament spikeri səfər etmişdi və biz kənd təsərrüfatından hərbi-texniki əməkdaşlığa qədər müxtəlif sahələrdə əməkdaşlıq edirik. Gələcəkdə də bu əməkdaşlığı artıracaq və təkmilləşdirəcəyik. Azərbaycan dostlarımıza və qardaşım Prezident İlham Əliyevə ən xoş arzularımı çatdırıram”.
Əli Səfərli,
Gündəm24.az














