Avropa Siyasi Birliyinin səkkizinci sammitinin 2026-cı il mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır.
Gündəm24.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla, iştirakçı ölkələrin liderlərini görüşə dəvət edib.
Kopenhagendə Avropa Siyasi Birliyinin sammitinin bağlanış sessiyasında çıxış edən Paşinyan xüsusilə qeyd edib:
“Ermənistanda AQS-nin 8-ci Sammitinin keçirilməsi bizim Avropa ailəsinə inteqrasiyamızı gücləndirəcək və demokratik islahatlarda irəliləyişimizi nümayiş etdirmək imkanı verəcək.
Bunu deyərək, sizi İrəvanda qəbul etmək şərəfinə görə hər birinizə bir daha təşəkkür etmək istəyirəm. Cənubi Qafqaz regionu üçün Avropa ilə daha sıx əlaqələr strateji əhəmiyyət kəsb edir”.
Mövlam RZALI,
Gündəm24.az














