Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
Gündəm24.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:
“Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik”.
Qeyd edək ki,2019-2022-ci illər aralığında AMEA-nın prezidenti Ramiz Mehdiyev olub.Onu 2022-ci ildə qısa müddətə Arif Məmmədov əvəz edib.2022-ci ildən AMEA prezidenti İsa Həbibbəylidir.














