İspaniya “Turkish Aerospace Industries” (TAI) tərəfindən istehsal edilən 45 ədəd HÜRJET döyüş-təlim təyyarəsinin alınması ilə bağlı Türkiyə ilə 3,12 milyard avroluq müqavilə imzalayıb.
Gündəm24.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələrin tədarükünə 2028-ci ildən başlanacaq.
Bildirilir ki, yeni nəsil HÜRJET-lər İspaniya Hərbi Hava Qüvvələrinin istismardan çıxarılacaq F-5 qırıcı təyyarələrini əvəz edəcək.
Elay RZAZADƏ,
Gündəm24.az














