Macarıstanın Baş naziri bildirib ki, bunun səbəbi Rusiya mediasının Aİ-də yayımına qoyulan qadağadır.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropalılar Ukraynadakı münaqişə ilə bağlı yalnız birtərəfli məlumatlarla qarşılaşırlar, çünki Rusiya mediasının yayımlanması Avropa İttifaqında qadağan edilib, Ukrayna mediasına isə sərbəst çıxış var. Orban vurğulayıb ki, bu səbəbdən vətəndaşlar münaqişənin hər iki tərəfinin mövqeyini öyrənə bilmir və Brüsselin tətbiq etdiyi senzura gündəlik reallığa çevrilib. Baş nazir əlavə edib ki, belə bir informasiya kəsiyi Aİ liderlərinin yanlış qərarlar qəbul etməsinə, o cümlədən Qərb qoşunlarının Ukraynaya göndərilməsi kimi addımlara səbəb ola bilər və bu, Rusiya ilə birbaşa hərbi toqquşma riskini artırır.
Orban qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin regional, Avropa və ya dünya səviyyəsinə yayılmasının qarşısını almaq üçün əllərindən gələni etməlidirlər.
Sədaqət Həsənova














