Kreml sözçüsü Dmitri Peskov bildirib ki, mediada yayılan Putin və Trampın eyni təyyarə ilə Budapeştə gələcəyi iddiaları “xəyal”dır.
Gündəm24.az xəbər verir ki, Macarıstanın paytaxtına uçuşun logistikası qeyri-müəyyən olaraq qalır, çünki Aİ ölkələri Rusiya hava məkanına sanksiyalar tətbiq edib. Lakin Türkiyə, Bosniya-Herseqovina və Serbiya üzərindən alternativ uçuş marşrutları nəzəri cəhətdən mümkündür, Bolqarıstan isə Rusiya prezidentinin təyyarəsinin keçməsinə icazə verməyə hazırdır.
Elay RZAZADƏ,
Gündəm24.az














