Çərşənbə axşamı, Oktyabr 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar

27/10/2026 11:27
CƏMİYYƏT, Manşet
770 58
Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar
685
Paylaşım sayı
952
Baxış sayı

Milli Məclis kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini son oxunuşda qəbul edib.

Gündəm24.az  xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb”.
Layihəyə əsasən, qeyd olunan məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müvafiq qaydalarına uyğun olaraq tənzimlənəcək.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə nizamlanacaq.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
– istənilən 7 ardıcıl gün ərzində maksimal iş saatı;
– istənilən 14 ardıcıl gün ərzində maksimal iş saatı;
– istənilən 28 ardıcıl gün ərzində maksimal iş saatı;
– istənilən bir təqvim ili ərzində maksimal iş saatı.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
– istənilən 28 ardıcıl gün ərzində maksimal uçuş saatı;
– istənilən bir təqvim ili ərzində maksimal uçuş saatı;
– istənilən ardıcıl 12 təqvim ayı ərzində maksimal uçuş saatı.
Layihədə vurğulanır ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz.
Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib.
Bildirilib ki, cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz.
Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya bir təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.
İqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaq.
Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşarxəbərlər

Xalq artistinin son durumu AÇIQLANDI
CƏMİYYƏT

Xalq artistinin son durumu AÇIQLANDI

27/10/2026 12:44
952
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto
Hadisə

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto

27/10/2026 12:28
952
Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK
CƏMİYYƏT

Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

27/10/2026 12:12
952
Milli Məclisin növbəti plenar iclası keçirilir
CƏMİYYƏT

Milli Məclisin növbəti plenar iclası keçirilir

27/10/2026 11:10
953
Bakıda söküntü işləri BAŞLADI — VİDEO
CƏMİYYƏT

Bakıda söküntü işləri BAŞLADI — VİDEO

27/10/2026 11:05
953
Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü…
Manşet

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü…

27/10/2026 11:02
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.