Andrey Maroçko deyir ki, hərbçilər şəhərlərin ərazilərini təmizləyirlər.
Gündəm24.az xəbər verir ki, Hərbi ekspert Andrey Maroçko TASS-a bildirib ki, Rusiya qoşunları Zaporojye bölgəsində Staroukrainka yaxınlığındakı Kriniçnoye və Tsvetkovoye yaşayış məntəqələrini nəzarət zonasına alaraq Ukrayna qüvvələrini sıxışdırıblar.
Maroçko deyib ki, Staroukrainka azad edildikdən sonra Rusiya hərbçiləri uğurlarını möhkəmləndirərək nəzarət zonalarını şimal-qərbdə genişləndiriblər və iki yaşayış məntəqəsini boz zona adlanan əraziyə keçiriblər. Düşmən həmin məntəqələrdən çıxarılıb.
O əlavə edib ki, Rusiya qüvvələri hazırda Kriniçnoye və Tsvetkovoye ərazilərini təmizləyir. Fevralın 4-də isə Rusiya Müdafiə Nazirliyi Staroukrainka şəhərinin azad edildiyini elan etmişdi.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.