2025-ci ilin yanvar ayında Touadera bir neçə nazirdən ibarət nümayəndə heyəti ilə birlikdə Rusiyaya səfər etdi və orada Rusiya lideri Vladimir Putinlə danışıqlar apardı.
Gündəm24.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin əməkdaşlıq məsələlərinə çox diqqətlə yanaşan böyük bir liderdir. Bunu Mərkəzi Afrika Respublikasının (MAR) hazırkı Prezidenti Faustin-Archange Tuadera seçkilərdə qalib gəldikdən sonra TASS-a verdiyi ilk müsahibəsində bildirib.
“Prezident Putin əməkdaşlıq məsələlərinə çox diqqətlə yanaşan böyük bir liderdir. Mən onu dünyanın ən görkəmli siyasi xadimlərindən biri və bütün qlobal birlik üçün həqiqətən də böyük bir lider hesab edirəm”, – deyə Touadera bildirib.
2025-ci ilin yanvar ayında Touadera bir neçə nazirdən ibarət nümayəndə heyəti ilə birlikdə Rusiyaya səfər etdi və orada Rusiya lideri Vladimir Putin ilə danışıqlar apardı. Tərəflər kənd təsərrüfatı, heyvandarlıq, təhsil, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldilər. Daha sonra Vladimir Putin Moskvanın buğda tədarükü də daxil olmaqla, Mərkəzi Afrika Respublikasına humanitar yardım göstərməyə davam etməyə hazır olduğunu bildirdi. Touadera bu dəstəyə görə ona təşəkkür etdi.
Sədaqət Həsənova













