Qərbi Azərbaycanın tarixini yaşadan Cıvıxlı
Cıvıxlı kəndi Qərbi Azərbaycanın tarixi Qazax mahalında yerləşən qədim Azərbaycan yaşayış məntəqələrindən biridir. Tarixi mənbələrdə kəndin adı XIX əsrdən etibarən qeyd olunur. Uzun illər burada əsasən azərbaycanlı əhali yaşamış, kənd bölgənin mühüm yaşayış məskənlərindən biri olmuşdur.

Cıvıxlı əlverişli təbii-coğrafi şəraiti, münbit torpaqları və zəngin su ehtiyatları ilə seçilirdi. Kənd sakinləri əsasən əkinçilik, maldarlıq, bağçılıq və arıçılıqla məşğul olur, milli adət-ənənələrini və folklorunu nəsildən-nəslə yaşadırdılar.

Kənddə məktəb, məscid və digər ictimai obyektlər fəaliyyət göstərmiş, Cıvıxlı bölgənin sosial və mədəni həyatında mühüm yer tutmuşdur. Tarixi boyunca kənd öz Azərbaycan kimliyini və milli-mədəni irsini qoruyub saxlamışdır.
1988-ci ildə Qərbi Azərbaycanın digər kəndləri kimi Cıvıxlının azərbaycanlı sakinləri də doğma yurdlarından deportasiya edilmiş, kəndin etnik tərkibi dəyişdirilmişdir. Buna baxmayaraq, Cıvıxlı Qərbi Azərbaycanın qədim Azərbaycan kəndlərindən biri kimi tarixdə və keçmiş sakinlərinin xatirələrində yaşayır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















