Dünən keçirilən ümumi seçkilərdə hökuməti ağır itkilərlə üzləşən Danimarka Baş naziri Mette Frederiksen istefa ərizəsini krala təqdim edib. Solçu blokun əksəriyyətini itirməsi ilə ölkədə yeni hökumətin formalaşdırılması üçün çətin koalisiya prosesi başlayıb.
Gündəm24.az xəbər verir ki, Danimarkada növbədənkənar seçkilərdən sonra Baş nazir Mette Frederiksen hökumətinin istefasını təqdim etdi.
Sosial Demokratlar parlamentdə 38 yer qazanaraq tarixi zəif nəticə göstərdi, “qırmızı blok” 90 yerlik səs çoxluğunu təmin edə bilməyərək 84 yerə sahib oldu, sağçı “mavi blok” isə 77 yer qazandı.
Seçki nəticələri Qrenlandiya gərginliyinin kölgəsində qalsa da, daxili siyasət – iqtisadiyyat, ərzaq və yanacaq qiymətləri – seçicilərin prioriteti oldu.
Koalisiya danışıqları başlayır, mərkəz-sağçı Moderatorlar partiyası prosesdə əsas rol oynayacaq.
Siyasi qeyri-müəyyənlik davam edəcək, yeni hökumətin qurulması yaxın həftələrdə aparılacaq intensiv danışıqlardan asılıdır.
Sədaqət Həsənova














