Pakistanda 17 yaşlı Zain Əli anası, qardaşı və iki bacısını qətlə yetirdiyi üçün Lahor məhkəməsi tərəfindən 100 il həbs cəzasına məhkum edilib.
Gündəm24.az xəbər verir ki, gənc hər bir qətl cinayəti üzrə dörd ömürlük həbs cəzası alıb və günahını etiraf edib.
Polisin məlumatına görə, faciə Zain Əlinin bir neçə saatlıq PUBG oyunundan sonra oyunun nəticəsindən narazı qalması və anasının ona töhmət verməsi səbəbilə baş verib.
O, evdəki tapançasını götürərək 45 yaşlı anasını, 15 və 20 yaşlı iki bacısını və 20 yaşlı qardaşını güllələyib.
Hakim isə cinayətin virtual reallığın qohumluq əlaqələrindən daha güclü olduğunu göstərən oyun asılılığının nəticəsi olduğunu vurğulayıb.
Mövlam RZALI,
Gündəm24.az














